“Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Aqzərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamının 10.12.4-cü bəndində nəzərdə tutulmuş tədbirlərin icrasının təmin edilməsi məqsədilə 23.01.2023 tarixdə Xocalı şəhər 4 saylı tam orta məktəbində “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lamiyə Qarayeva, Xocalı Rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Xəlil Vəliyev, "Xocalı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Aqil Məmmədov, Qarabağ Regional Təhsil idarəsinin Xocalı-Xocavənd rayonları üzrə təhsil sektorunun nümayəndəsi Xəyyam Cəfərov iştirak ediblər.Tədbir zamanı şagirdlərə bildirilmişdir ki, hal-hazırda sağlamlığımızın qeydinə qalmağın böyük bir hissəsini qidalanma təşkil edir. Həmçinin, qeyri-düzgün qida rasionun qurulmasının bədənimizdə nə kimi fəsadlar törədə biləcəyi, hansı xəstəliklərə yol aça biləcəyi barədə, eyni zamanda, sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olması haqqında şagirdlərə məlumatlar verilmişdir. Sonda isə şagirdlərin və müəllimlərin fikirləri dinlənilmişdir.